“Paşinyan yalan danışır” – 10 noyabr bəyanatında dəhlizlər məsələsi necə əks olunub?

“Paşinyan yalan danışır” – 10 noyabr bəyanatında dəhlizlər məsələsi necə əks olunub?

Hazırda oxunan: “Paşinyan yalan danışır” – 10 noyabr bəyanatında dəhlizlər məsələsi necə əks olunub?

79408

Ermənistan Baş naziri Nikol Paşinyanın mayın 15-də “Əl-Cəzirə”yə verdiyi müsahibəsində qeyd edib ki, 10 noyabr bəyanatında yalnız Laçın dəhlizindən bəhs olunur və digər hər hansı dəhlizdən söhbət getmir.

Paşinyanın bu fikirlərindən vəcdə gələn erməni mətbuatı isə kommunikasiyaların Ermənistandan keçən hissəsində gömrük və sərhəd-keçid məntəqələrinin qurulacağı ilə bağlı xəbərlər tirajlamağa başlayıblar.

Bəs, 10 noyabr bəyanatında dəhlizlər məsələsi həlli necə göstərilib?

Mövzunu Bizim.Media üçün şərh edən politoloq Fikrət Sadıxov qeyd edib ki, Paşinyan yalan danışır:

“Çünki 10 noyabr bəyanatında bir maddə kommunikasiyaların açılması tələbilə bağlıdır. Doğrudur, orada konkret regionun adı çəkilməyib, amma söhbət yolların açılmasından gedir. Orada da Zəngəzur, Laçın və digər sahələr nəzərdə tutulur. Əgər biz, Cənubi Qafqazda münasibətləri normallaşdırmaq istəyiriksə, bir neçə şərtə əməl olunmalıdır və ilk növbədə 10 noyabr bəyanatının şərtlərinə əməl olunmalıdır”.

Politoloqun sözlərinə görə, Laçın və Zəngəzur dəhlizlərinin də açılması bəyanata daxildir:

“Sovet dövründə bu yollar işlək olub. Burada yeni hər hansı müddəadan söhbət getmir. Paşinyanın bu açıqlamaları uydurmadır və məsələdən yayınmağa hədəflənib”.

Fikrət Sadıxov Zəngəzur və Laçın dəhlizlərinin paralel statusu ilə bağlı da fikirlərini bölüşüb:

“Ermənistan indi dəhlizin öz ərazilərindən keçən hissəsində gömrük postu yaratmaq istəyirlər. Açmaq istəyirlərsə, biz də Laçın dəhlizində postlar qurmalıyıq. Bu məsələ paralel şəkildə həyata keçirilməlidir. Əks halda problem birtərəfli həll edilmiş olacaq. Deməli, onlar bizim maşınlarımızı, yüklərimizi yoxlayacaqlar, burada isə biz onları sərbəst buraxmalıyıq? Bu ədalətdən uzaq yanaşmadır. Hər bir siyasətçi bu reallığı dərk etməlidir. Paşinyan oyun oynamaq istəyirsə, bu başqa məsələ. Amma reallıq bu cürdür”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO