Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dağıntılar altından 13 nəfərin cəsədi çıxarılıb. Dağıntılar altından çıxarılan xəsarət alanların sayı isə 52-dir.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Hazırda nazirlik gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar qurumun “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.