Azərbaycan səfiri etimadnaməsini Prezidentinə təqdim etdi

Azərbaycan səfiri etimadnaməsini Prezidentinə təqdim etdi

Hazırda oxunan: Azərbaycan səfiri etimadnaməsini Prezidentinə təqdim etdi

79103

Azərbaycanın Serbiya və Monteneqroda akkreditə olunmuş səfiri Kamil Xasiyev etimadnaməsini Monteneqro Prezidenti Milo Cukanoviçə təqdim edib.

Bizim.Media xəbər verir ki, Milo Cukanoviç səfiri salamladıqdan sonra ona yeni fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş diləklərini çatdırmağı xahiş edib. 

Monteneqro Prezidenti qeyd edib ki, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnundur və mövcud siyasi dialoq yüksək səviyyədədir.

Daha sonra M.Cukanoviç Azərbaycan ilə Monteneqro arasında yüksək səviyyəli siyasi əməkdaşlıqla yanaşı, digər sahələrdə - iqtisadi, sərmayə, nəqliyyat, enerji, humanitar, turizm sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən bəhs edib.

Səfir K.Xasiyev öz növbəsində Azərbaycanın dost Monteneqro ilə bütün sahələrdə, o cümlədən qeyd olunan sahələr üzrə strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlıq etməyə maraqlı olduğunu vurğulayıb.
Görüşün sonunda səfir K.Xasiyev Prezident M.Cukanoviçə xoş və səmimi qəbula görə təşəkkür edib və onun salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO