BMT Baş Assambleyasının prezidenti Azərbaycan liderinə təşəkkür etdi

BMT Baş Assambleyasının prezidenti Azərbaycan liderinə təşəkkür etdi

Hazırda oxunan: BMT Baş Assambleyasının prezidenti Azərbaycan liderinə təşəkkür etdi

79039

BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının prezidenti Abdulla Şahid Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. 

Bizim.Media xəbər verir ki, o, təşəkkürünü iyunun 13-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə çatdırıb. 

A.Şahid Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib və BMT üzvlüyünün 30 illiyi münasibətilə təbriklərini səsləndirib.
BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla icrasını təqdir edib. O, çoxtərəflilik üzrə liderliyinə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü ifadə edib. 

A.Şahid Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib.

O, Azərbaycanda, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində milli səviyyədə görülən işləri təqdir edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO