1890-cı ildə qurulan Daşnaksütyun partiyasının əsas məqsədi indiki Azərbaycan, Türkiyə və İranın bəzi ərazilərini birləşdirərək böyük Ermənistan yaratmaq idi.
1915-ci ildən Osmanlı dövlətinə qarşı başlayan Qondarma soyqırım iddialarından sonra isə Daşnaksütyun partiyasının əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlıda silsilə terrorlar törədərək dövlətlərin siyasi və hərbi xadimlərini aradan götürmək oldu.
Erməni vandallığının əsl üzünü göstərən terror əməliyyatlarından biri də “Nemezis” terror əməliyyatıdır ki, qatilləri bu günə kimi tapılmayıb.
Aksiyanın məqsədi qondarma erməni soyqırımında günahkar hesab etdikləri şəxslərdən və Bakıda 1918-ci il 31 Martda Stepan Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı baş verən soyqırım zamanı ölkə əhalisinin xilasını təşkil edən türk paşalarından və o zaman erməni vandallıqlarını dünyaya çatdırmağa çalışan Azərbaycanın o zamankı nüfuzlu siyasi xadimlərindən qisas alınması idi.
Əməliyyatın adı da təsadüfi seçilməyib. Qədim yunan intiqam ilahəsi "Nemezidanın" adından götürülüb.
Əməliyyatın keçirilməsi erməni ictimai-siyasi xadimi olan Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, tarixi Azərbaycan torpağı olan İrəvanda keçirilən Daşnaksütyun partiyasının IX qurultayında qərara alındı.
4 il ərzində baş verən “Nemezis” terror əməliyyatı ermənilər tərəfindən uğurlu hesab edildi və əməliyyat zamanı qarşıya qoyulmuş bütün nəticələrə nail olundu. Lakin türk və azərbaycanlı diplomatlarının qatillərinin çox böyük bir hissəsi bu günə kimi yaxalanmadı. Dindirilməyə çağırılan ermənilər isə bir neçə gün sonra sərbəst buraxıldı.
Ermənilər tərəfindən türkçülüyə qarşı yönəlmiş məşhur “Nemezis” terror əməliyyatının qurbanlarının siyahısı belədir:
Azərbaycan Xalq Cümhuriyyətindən:
19 iyun 1920–ci il Tiflis, Azərbaycan Demokratik Respublikasının keçmiş baş naziri Fətəli xan Xoyski qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə həmən zaman ölümcül formada yaralanır.
19 iyul 1920–ci il Tiflis, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev.
19 iyul 1921–ci il İstanbul, Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş daxili işlər naziri Behbud xan Cavanşir.
31 may 1920-ci il Kürdəmir, Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy.
Osmanlı İmperiyasından
15 mart 1921-ci il Berlin, Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşa.
5 dekabr 1921-ci il Roma, atla gəzinti zamanı Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi Paşa.
17 aprel 1922-ci il Berlin, ailəvi gəzinti zamanı keçmiş Trabzon valisi Camal Əzim.
25 iyul 1922–ci il Tiflis, Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri Camal paşa.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:05 / 11.06.2022
Daşnaksütyunun "Nemezis" əməliyyatı – Qətlə yetirilən siyasi xadimlərin SİYAHISI
Hazırda oxunan: Daşnaksütyunun "Nemezis" əməliyyatı – Qətlə yetirilən siyasi xadimlərin SİYAHISI
Hazırda oxunan: Daşnaksütyunun "Nemezis" əməliyyatı – Qətlə yetirilən siyasi xadimlərin SİYAHISI
78800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.