İyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Belə ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tədbiri açaraq parlamentin komitə iclaslarının “Şuşa ili”ndə Azərbaycanın mədəniyyət paytaxtı kimi yenidən dirçələn Şuşa şəhərində keçirilməsinin qürurverici olduğunu söyləyib.
İclasda çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılmasının ölkədə regional iqtisadi idarəetmənin təkmilləşdirilməsi və ərazicə optimallaşdırılması baxımından əhəmiyyətindən, eləcə də Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusunun şanlı Zəfəri ilə 30 illik həsrətə son qoyulmasından danışıblar.
Dinləmələrdə çıxış edən digər millət vəkilləri iqtisadi zonaların hərtərəfli inkişafının ölkəmizin ümumi iqtisadiyyatının daha da böyüməsinə və dövlətimizin qüdrətinin artmasına öz töhfələrini verəcəyinə inamlarını ifadə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:52 / 11.06.2022
Şuşada Milli Məclis komitələrinin növbəti iclası keçirildi - FOTO
Hazırda oxunan: Şuşada Milli Məclis komitələrinin növbəti iclası keçirildi - FOTO
Hazırda oxunan: Şuşada Milli Məclis komitələrinin növbəti iclası keçirildi - FOTO
78796
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.