“Zəngəzur dəhlizi ölkəmizin tranzit potensialına töhfəsini verəcək” – Gömrük Komitəsi 

“Zəngəzur dəhlizi ölkəmizin tranzit potensialına töhfəsini verəcək” – Gömrük Komitəsi 

Hazırda oxunan: “Zəngəzur dəhlizi ölkəmizin tranzit potensialına töhfəsini verəcək” – Gömrük Komitəsi 

78783

Zəngəzur dəhlizinin bərpası Avrasiya nəqliyyat şəbəkəsinin genişlənməsinə, ölkələrimizin tranzit potensialının gücləndirilməsinə öz töhfəsini verəcək. 

Bizim.Media xəbər verir ki, bunu postmüharibə dövrünün reallıqları və imkanlarından danışarkən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Gömrük Xidməti Rəhbərlərinin 8-ci iclasında çıxışı zamanı deyib. 

İ.Hüseynov bildirib ki, yaxın gələcəkdə imzalanacaq “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Saziş” yükdaşımalarına dair ilkin məlumat mübadiləsi əsasında sadələşdirilmiş gömrük dəhlizindən istifadənin hüquqi təməlini təşkil etməklə daşımalarda səmərəliliyin artırılmasına, yüklərin sərhəd nəzarətindən keçirilməsinin optimallaşdırılmasına, nəqliyyat və logistika sisteminin inkişafı və bu proseslərin asanlaşdırılması və təhlükəsizliyinin təmin edilməsinə, ölkələrimizin ticarət dövriyyəsinin artırılmasına şərait yaradacaq. 

Qeyd edək ki, tədbirdən bir gün öncə təşkilatın gömrük əməkdaşlığı üzrə işçi qrupunun 11-ci iclası keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO