BMT Baş Assambleyası prezidenti Azərbaycana gəlir

BMT Baş Assambleyası prezidenti Azərbaycana gəlir

Hazırda oxunan: BMT Baş Assambleyası prezidenti Azərbaycana gəlir

78532

BMT Baş Assambleyası prezidenti Abdulla Şahidin Azərbaycana səfər proqramı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, o, Azərbaycan xarici işlər nazirinin dəvəti ilə iyunun 12-13-ü tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq. 

Prezident Şahid iyunun 13-də Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. 

Baş Assambleya prezidentinin Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşü gözlənilir. 

Elə həmin gün Abdulla Şahid ADA Universitetində gənclər və müəllimlərlə görüş keçirəcək. Azərbaycana səfəri zamanı Baş Assambleya prezidenti rezident əlaqələndirici Vladanka Andreevanın rəhbərlik etdiyi BMT-nin Ölkə üzrə İdarə Heyətinin üzvləri ilə də görüşəcək. 
Abdulla Şahidi Baş Assambleya Prezidenti Ofisinin (BAPO) dörd əməkdaşı müşayiət edəcək. Səfər xərclərini BAPO-nun Etimad Fondu və Azərbaycan Hökuməti qarşılayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO