Pakistanla diplomatik münasibətlərin 30-cu ildönümü qeyd edildi - FOTO

Pakistanla diplomatik münasibətlərin 30-cu ildönümü qeyd edildi - FOTO

Hazırda oxunan: Pakistanla diplomatik münasibətlərin 30-cu ildönümü qeyd edildi - FOTO

78483

Xarici İşlər Nazirliyində Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, tədbirdə XİN-in rəhbər heyəti, Pakistan səfirliyinin rəhbərliyi, əməkdaşları, habelə ölkəmizdə səfərdə olan Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti iştirak edib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistanın Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlətlərdən biri olduğunu qeyd edib.

İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, hərbi və digər sahələrdə inkişaf edən əlaqələrin mövcudluğunu qeyd edən nazir müavini, ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətləri məmnunluqla qeyd edib.

Həm keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə, həm 44 günlük Vətən müharibəsi, həm də post-münaqişə dövründə Pakistanın Azərbaycana siyasi dəstək göstərdiyini nazir müavini minnətdarlıqla vurğulayıb. 
İki dost və qardaş ölkə arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə dair inam ifadə edilib.

Daha sonra çıxış edən Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Azərbaycan və Pakistan arasında münasibətlərin ümumi tarixi, dini və mədəni köklərə malik olduğunu bildirib.

Səfir Pakistanın hər zaman Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərinin pozulmazlığına tam dəstək göstərdiyini deyib.

Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə səmərəli əməkdaşlığın mövcud olduğunu bildirən səfir Bilal Haye, bundan sonra da Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə münasibətlərin daha da inkişaf etməsinə dair inamını bildirib və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə öz səmimi təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO