“Zəngəzur dəhlizi Ermənistan üçün də önəmlidir” – XİN başçısı 

“Zəngəzur dəhlizi Ermənistan üçün də önəmlidir” – XİN başçısı 

Hazırda oxunan: “Zəngəzur dəhlizi Ermənistan üçün də önəmlidir” – XİN başçısı 

78096

“Türkiyə və Azərbaycan, Ermənistana açıq şəkildə deyir ki, bizim Ermənistanla hər hansı problemimiz yoxdur”.  

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində bildirib. 

“Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəklədiyini ən yüksək səviyyədə ifadə edib. Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların keçirdiyi üç görüşü çox müsbət dəyərləndiririk.

Bu, Türkiyə və Azərbaycanın Ermənistana yönəlik müsbət mesajlarının nümunəsidir. Ermənistanla normal qonşuluq münasibətləri qurmağın tərəfdarıyıq və Ermənistan da buna müvafiq addımlar atarsa, beynəlxalq hüquqa sayğı göstərərsə, regional həqiqətləri doğru-düzgün başa düşərsə, bu yolda yaxşı nəticələr əldə etmək mümkün olacaq”, - deyə nazir qeyd edib. 

XİN başçısı həmçinin bildirib ki, Zəngəzur dəhlizi məsələsində konkret nəticə yoxdur:

"Ermənistan müxtəlif bəhanələrlə bu məsələni uzatmağa davam edir. Bölgədə kommunikasiya baxımından ən məhdud imkanlara sahib ölkə Ermənistandır. Bu səbəbdən Zəngəzur dəhlizinin reallaşması digər bölgə ölkələri qədər Ermənistan üçün də önəmlidir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO