Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri seçilməsi haqqında yayılan xəbərlər təsdiqini tapmasa da onun təşkilatda sədr müavini kimi fəaliyyətini davam etdirməsinə şübhə yoxdur...
Amma Moderator.az-a daxil olan bir maraqlı məlumatda iddia olunur ki, əslində YAP Yasamal Rayon təşkilatının 81 yaşlı sədri Fikrət İsmayılov martın 31-də dünyasını dəyişəndən sonra Tağı Əhmədovla Dövlət Torpaq və Xəritəçəklmə Komitəsinin sədri, akademik Qərib Məmmədov arasında sədrlik uğrunda ölüm-dirim savaşı başlayıb. Mənbəmiz iddia edir ki, Tağı Əhmədovun işdən kənarlaşdırılması onun reputasiyasını kifayət qədər zəiflətdiyindən YAP Yasamal rayon təşkilatına sədrliyinə qırmızı işıq yandırılıb. Amma tale elə gətirib ki, artıq ağır xəstə olan Fikrət İsmayılovun sədr kürsüsünə Qərib Məmmədovun sahiblənəcəyi əvvəlcədən bəlli olsa da xoşbəxtlik son anda ondan da üz döndərib.
Belə ki, prezident İlham Əliyev onun rəhbəri olduğu komitəni yerli-dibli ləğv etdi və bu azmış kimi üstündən bir neçə gün keçməmiş keçirdiyi müşavirədə ad çəkməsə də faktiki olaraq Qərib Məmmədovun rəhbərlik etdiyi qurumun fəaliyyətiuni ciddi tənqid etməklə onun da YAP sədrliyinə gedən yolunu bağlamış oldu. Yəni YAP-ın həmin rayondakı sədrliyinə iki iddialı namizəd olsa da hələlik onların heç biri YAP sədri, prezident İlham Əliyev tərəfindən qəbuledilməz persona statuslarını qoruyub saxlayırlar...


































































































