“Türkiyə artıq əvvəlki Türkiyə deyil” – Fəxrəddin Altun 

“Türkiyə artıq əvvəlki Türkiyə deyil” – Fəxrəddin Altun 

Hazırda oxunan: “Türkiyə artıq əvvəlki Türkiyə deyil” – Fəxrəddin Altun 

77966

“Bu müraciətdən əvvəl “Türkiyə onsuz da razı olacaq” və ya “Türkiyə onsuz da etiraz etməyəcək” deyə düşünmüş ola bilərlər. Ancaq Türkiyə artıq əvvəlki Türkiyə deyil. Nəyin bahasına olursa olsun öz maraqlarını qoruyan və hər platformada qarşısındakı ilə göz-gözə münasibət tələb edən bir Türkiyə var”.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İsveçin “Dagens Nyheter” qəzetinin İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı suallarını cavablandırarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Türkiyə hər zaman Azərbaycanın ən böyük dəstəkçisi olacaq” – Fəxrəddin Altun


F.Altun Türkiyənin terrorizmlə bağlı həssaslığının İsveçin NATO üzvü olmaq istəyi ilə başlamadığına diqqət çəkərək İsveçdə terror təşkilatlarının varlığının da bir neçə həftəlik problem olmadığını deyib.

O, həmçinin bildirib ki, NATO-nun terrorla mübarizədəki ciddiliyi də göz qabağındadır: “Bu müraciətdən əvvəl “Türkiyə onsuz da razı olacaq” və ya “Türkiyə onsuz da etiraz etməyəcək” deyə düşünmüş ola bilərlər. Ancaq Türkiyə artıq əvvəlki Türkiyə deyil. Artıq nəyin bahasına olursa olsun öz maraqlarını qoruyan və hər platformada qarşısındakı ilə göz gözə münasibət tələb edən bir Türkiyə var. Hər kəs bu fakta öyrəşməlidir. Biz əslində İsveç və Finlandiyanın bu kritik zamanda NATO-nu məşğul etməsini düzgün hesab etmirik.

NATO-ya üzvlük hüquq deyil, imtiyazdır. Bu ittifaqa daxil olmaq istəyən ölkələr lazımi şərtləri yerinə yetirdiklərində bizə qoşulacaqlar. Xüsusilə də terrorizm kimi bir məsələnin müzakirəsi, “bazarlığı” ola bilməz. Bundan sonra nə olacağı İsveç hökumətindən asılıdır. Biz İsveçin daxili işlərinə qarışmayacağıq”.
Altun məsələnin iki ölkə arasındakı münasibətlərə necə təsir edəcəyi ilə bağlı suala cavabında bunları deyib:

“İsveçin NATO-ya üzvlüyünün ikitərəfli münasibətlərlə bağlı olduğunu düşünmürəm. Çünki NATO-ya üzvlük İsveç üçün 3-4 aylıq bir məsələdir. Üstəlik Türkiyə illərdir İsveçin də üzvü olduğu Avropa Birliyinin gözləmə zalında haqsız yerə, ikili standartlara məruz qalaraq saxlanılır, ancaq İsveçlə ikitərəfli əlaqələrimiz davam edir. Bu o deməkdir ki, isveçli rəsmilər bu vəziyyəti şəxsi qəbul etməməlidirlər. Türkiyə burada prinsipial mövqe tutur. Biz gözləntilərimizi də açıq şəkildə ifadə etmişik. Əgər İsveç hökuməti bu məqbul gözləntiləri yerinə yetirməyəcəksə, bu, onların öz işidir”.

“İsveçin NATO-ya aid olduğunu hesab edirsinizmi?” sualını cavablandıran Türkiyə rəsmisi “Bu sualın sahibi İsveç hökumətidir. İsveç xalqı üçün NATO üzvü olan bir ölkədə yaşamaqmı, yoxsa bir NATO ölkəsində çevrilişə cəhd edən və ya intihar hücumları təşkil edən terror təşkilatlarını qorumaqmı daha yaxşı bir seçimdir? İsveç buna qərar verməlidir.

Türkiyə olaraq terroru bəşəriyyətə qarşı cinayət, terrorla mübarizəni isə universal bir məsuliyyət kimi görürük. İsveçin bu məsələdə addım atmaqda tərəddüd etməsini yadırğayırıq və bunun türk xalqında məyusluq yaratdığını görürük”, - deyə qeyd edib.
F.Altun Türkiyənin 70 illik NATO üzvü olduğunu və NATO-nun ikinci ən böyük ordusuna sahib ölkə olduğunu vurğulayıb:

“Əsgərlərimiz Koreyada döyüşüblər. Kosovodan Əfqanıstana qədər dünyanın bir çox yerinə NATO-nun bir parçası olaraq gediblər. Bizim fikrimizcə, NATO beynəlxalq təşkilatdan qat-qat artıqdır. Açığı, NATO məsələsində Türkiyənin özünü sübut etməsinə ehtiyac duymuram”.

Türkiyənin verdiyi töhfələr və müttəfiqlərinin təhlükəsizliyinə olan sadiqliyi göz qabağındadır. Türkiyə NATO-nun gücünü qoruyub saxlaması, yeni təhdidlərə cavab verə bilməsi, sülh və sabitliyə xidmət etməsi üçün əlindən gələni etməyə davam edəcək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO