İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının 47-ci İllik Toplantısı çərçivəsində Azərbaycanın İİB Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasına üzvlüyü ilə bağlı qətnamə qəbul olunub.
İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Şarm Əl-Şeyx şəhərində keçirilən toplantıda Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib, müzakirələr aparıb.
Nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin İİB-in vitse-prezidenti Mənsur Muxtarla görüşündə işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasında əməkdaşlıq, KOB-ların dəstəklənməsi, bankların maliyyələşdirilməsi, enerji və qida təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:47 / 06.06.2022
Azərbaycanın İslam Korporasiyasına üzvlüyü ilə bağlı qətnamə qəbul olundu
Hazırda oxunan: Azərbaycanın İslam Korporasiyasına üzvlüyü ilə bağlı qətnamə qəbul olundu
Hazırda oxunan: Azərbaycanın İslam Korporasiyasına üzvlüyü ilə bağlı qətnamə qəbul olundu
77949
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.