"Azərbaycanla Türkiyə ikili standartlarla üzləşib" - Sahibə Qafarova  

Hazırda oxunan: "Azərbaycanla Türkiyə ikili standartlarla üzləşib" - Sahibə Qafarova  

77340

"Azərbaycanla Türkiyə dəfələrlə ikili standartlarla üzləşib".

Bizim.Media xəbər verir ki, bunu 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, VII Beynəlxalq Sosial Elmlər Konqresinin Qarabağa həsr olunması çox mühümdür:

“Qarabağ həqiqətlərinin elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca əhəmiyyətlidir. Qardaş ölkələr arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi vacibdir".
 

MÖVZU İLƏ BAĞLI:

Beynəlxalq Konqres iştirakçıları Şuşaya gedəcək


S.Qafarova bildirib ki, bu il yanvarın 14-də Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd etdik:  

“Müstəqil Azərbaycanın tarixində qardaş Türkiyə diplomatik əlaqələr yaratdığımız ilk dövlətdir. Türkiyə də Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmaqla, öz qardaş dəstəyini ilk gündən göstərib.  
Müasir dövrümüzün təəssüf doğuran reallıqları da var. Onlardan biri də məhz öz xalqlarının maraqlarına xidmət edən, sülhə və əməkdaşlığa yönələn müstəqil daxili və xarici siyasət apardıqlarına görə, Azərbaycan və Türkiyənin dəfələrlə ikili standartlarla, qeyri-obyektiv münasibətlə üzləşməsidir.  

Ayrı-ayrı dövrlərdə nələrin baş verdiyini biz hamımız yaxşı bilirik. Sevindirici məqam isə odur ki, Azərbaycan-Türkiyə birliyi hər zaman bu ikili standartlara qarşı niyyətləri dəf etməyi bacarıb”.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO