“Leon Hart” ləqəbi ilə tanınan erməni əsilli boksçu Levon Akopyan türk rəqibi Hüseyn Cinkara ilə rinqə çıxacaq. Erməni boksçu bu döyüşü bütün türklərə nifrətini nümayiş etdimək və ermənilərə motivasiya vermək üçün istifadə edəcəyini deyib.
“Rəqibim türk olacaq. Mən xalqım, əsgərlərimiz, vətənim uğrunda mübarizə aparacağam”. Leon Hart həmçinin təkbətək döyüşün canlı efirlə yayımlanacağından istifadə edib Qarabağda gedən döyüşlər haqqında da danışacağını bildirib.
Təkbətək döyüş oktyabrın 31-də Almaniyada baş tutacaq.
Mənbə: News.am