Yeni Brüssel görüşündən XƏBƏR VAR – Aİ rəsmisi Bakıya niyə gəlib?

Yeni Brüssel görüşündən XƏBƏR VAR – Aİ rəsmisi Bakıya niyə gəlib?

Hazırda oxunan: Yeni Brüssel görüşündən XƏBƏR VAR – Aİ rəsmisi Bakıya niyə gəlib?

77201

“Aİ rəsmisi tərəflərin əldə olunan razılaşmaları necə yerinə yetirdiklərini, sülh sazişi istiqamətində danışıqların hansı mərhələdə olmasını yoxlamaq, habelə fəaliyyətə başlayan sərhəd komissiyasının işini qiymətləndirmək üçün gəlir”. 

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın yaxın günlərdə bölgəyə, o cümlədən Azərbaycana olacaq səfərinin məqsədlərindən danışarkən deyib:

“Toivo Klaar Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin xüsusi nümayəndəsidir. Faktiki 3-4 aydan bir Brüsseldə Azərbaycan Prezidentilə Ermənistan baş naziri görüşüb, sülh sazişi, dəhliz məsələsini və sərhədlərin müəyyənləşməsini müzakirə edirlər. İyul-avqust aylarında isə tərəflər arasında Brüsseldə növbəti görüş gözlənilr. Hər görüşdən sonra faktiki olaraq Şarl Mişel öz nümayəndəsini Bakı və İrəvana göndərir”. 
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqının xüsusi nümayəndəsi yaxın günlərdə Azərbaycana gələcək


Ekspert baş tutacaq bu səfəri faydalı səfər kimi dəyərləndirdi: 

“Ona görə də Kların səfəri fonunda Bakı və İrəvanda yenə də eyni mövzular müzakirə predmeti olacaq. Fövqəladə bir hadisə baş verməsə, məhz yuxarıda qeyd etdiyim mövzular müzakirə olunacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO