İlham Əliyev Putinə Brüssel görüşü barədə məlumat verib - YENİLƏNİB

İlham Əliyev Putinə Brüssel görüşü barədə məlumat verib - YENİLƏNİB

Hazırda oxunan: İlham Əliyev Putinə Brüssel görüşü barədə məlumat verib - YENİLƏNİB

76979

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının regionda dinc həyatın nizamlanması və sabitliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı konkret məsələlərin həlli xüsusi qeyd olunmaqla icrasının gedişi nəzərdən keçirilib.

Prezident İlham Əliyev mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü barədə məlumat verib.

Söhbət zamanı iqtisadi-ticari sahədə ikitərəfli əməkdaşlığın bir sıra aktual aspektləri müzakirə edilib. Hər iki tərəfin Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, o cümlədən Azərbaycan Prezidentinin 2022-ci ilin fevralında Moskvaya rəsmi səfərinin yekunları nəzərə alınmaqla, bundan sonra da dərinləşməsi əzmində olması təsdiq edilib.

Müxtəlif səviyyələrdə müntəzəm təmasların davam etdiriləcəyi qeyd olunub.

*** 13.07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər Qarabağla bağlı sazişlərin icrasını və iqtisadi-ticarət sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO