Azərbaycan və Rusiya azad edilən əraziləri minalardan təmizləyir

Azərbaycan və Rusiya azad edilən əraziləri minalardan təmizləyir

Hazırda oxunan: Azərbaycan və Rusiya azad edilən əraziləri minalardan təmizləyir

7694

Rusiya və Azərbaycanın Fövqəladə Hallar Nazirliklərinin (FHN) əməkdaşları işğaldan azad olunmuş Azərbaycan torpaqlarının mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını davam etdirir. Son iki gündə mina təmizləyən robot maşınlar vasitəsi ilə 30-dan çox tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirib.

Bizim.Media xəbər verir ki, bunu  FHN-in əməkdaşı Ramiz Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Ağdamın işğaldan azad olan ərazilərində Rusiya FHN-in mütəxəssisləri təmizləmə əməliyyatlarına başlayıb:

“Bu əməliyyatlara Azərbaycan FHN-in mütəxəssisləri də cəlb olunub. Paralel olaraq razılaşdırılmış, həmçinin təsdiq olunmuş proqrama uyğun olaraq rusiyalı mütəxəssislərlə birlikdə tədris və təlim kursları da həyata keçirilir”.

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Ağdam rayonu ərazisində mina təmizləmə əməliyyatlarında iştirak edən “Lider” Mərkəzinin rəhbəri general-mayor Anatoli Savvin Rusiya FHN-in birləşmiş dəstəsinin yanvarın 4-də Azərbaycana gəldiyini xatırladıb.

A. Savvin həmçinin qeyd edib ki, bu günə 25 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib, iki min kvadrat metrdən çox ərazi minalardan təmizlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO