Bu ölkələrin liderləri İlham Əliyevi təbrik etdi

Bu ölkələrin liderləri İlham Əliyevi təbrik etdi

Hazırda oxunan: Bu ölkələrin liderləri İlham Əliyevi təbrik etdi

76692

Bolqarıstan Respublikasının Prezidenti Rumen Rudev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri. Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Bolqarıstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bolqarıstan Respublikası strateji tərəfdaşı olan Azərbaycan Respublikası ilə münasibətlərinə böyük önəm verir. Bunu son 30 ildə ölkələrimiz arasındakı intensiv və səmərəli dialoq da təsdiq edir.

Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasında hər iki ölkənin gələcək inkişafına töhfə verəcək qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq üçün çox yaxşı imkanlar var. İnanıram ki, Sizin bu il Bolqarıstana səfər etməyinizlə bağlı dəvətim bizə yeni perspektivlər barədə müzakirələr aparmağa imkan verəcək.

Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

***

Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO