Erməni cəmiyyətində “Hadrut” mifi

Erməni cəmiyyətində “Hadrut” mifi

Hazırda oxunan: Erməni cəmiyyətində “Hadrut” mifi

7669

“Sülh müqaviləsi imzalanana qədər müharibə davam edir”

Bizim.Media “Armenian Today” saytına istinadən məlumat verir ki, bu sözləri dünənki açıqlamasında “Erməni soyqırımı” muzeyinin direktoru, tarix elmlər doktoru Ayk Demonyan deyib.

Demonyan açıqlamasında Hadrut bölgəsindəki erməni fəaliyyətinə də toxunub. Onun fikrincə, Hadrutun ələ keçirilməsi Azərbaycan üçün olduqca önəmli bir məsələ idi. Çünki əgər Hadrut ermənilərdə qalsa idi, Cəbrayıl, Füzuli və Zəngilan istiqamətində görülən hər hansı möhkəmlənmə işlərinin bir önəmi qalmayacaqdı. Azərbaycan tərəfi məhz bu məqsədlə əsas hədəf olaraq Hadrutu ələ keçirməyi hədəfləyib. Çünki bu yolla daha sonra Şuşanın alınması asanlaşacaq, Füzuli-Cəbrayıl bölgəsinin təhlükəsizliyi təmin olunacaqdı.

Azərbaycanın ermənilərin fikrinin Hadrut məsələsindən yayındırmağa çalışdığını bildirən Demonyan, açıqlamasında Sünik bölgəsindəki sərhəd insidentlərinə də toxunub. Onun fikrincə, bu insidentlər ancaq bir məqsədə xidmət edir: Dağlıq Qarabağda Hadrutla bağlı məsələnin gündəmə gəlməməsi və Hadrutla bağlı erməni fəaliyyətlərinin zərərsizləşdirilməsi.

“Unutmayaq ki, atəşkəs imzalanana qədər müharibə davam edir. Sülh müqaviləsi bağlamaq üçün əsas şərtlərdən biri də Azərbaycan silahlı qüvvələrinin Hadrutdan çıxarılması və qaçqınların geri qayıtması olmalıdır”, - deyə Demonyan bildirib.

Ayk Demonyan Ermənistanın rəsmi nümayəndəsi olmaya bilər, ancaq onun açıqlamaları erməni cəmiyyətindəki düşüncələri və abu-havanı ortaya çıxarmaq baxımından olduqca önəmlidir. Onu qeyd etməliyik ki, 10 noyabrdan etibarən Ermənistan rəhbərliyinin dolayısı yolla gündəmə gətirməyə çalışdığı əsas məsələ məhz Hadrutla bağlıdır. Erməni tərəfi Hadrutdan qaçmış erməni əhalini “məcburi köçkün” olaraq qələmə verir və bu şəxslərin geriyə qaytarılması istiqamətində işlər görülməsini istəyir.

Son aylar ərzində Hadrut istiqamətində terrorizm fəaliyyətləri də nəzərə aldığımızda Ermənistanın Hadrut bölgəsində hələ də maraqlı olduğu və gələcəkdə də maraqlı olacağı aydın olur. Qondarma rejimin Təhlükəsizlik Şurasının rəhbəri Vitali Balasanyan da verdiyi müsahibədə Hadrutun önəmini vurğulamış və bu bölgənin geri qaytarılması istiqamətində işlər görəcəyini elan edib.

Hadrutun əldə olunması ermənilər üçün Şuşanın faktiki mühasirəyə salınması və Dağlıq Qarabağdakı erməni varlığının qorunması deməkdir. Bölgənin hərbi olaraq geri alınması indiki anda mümkün olmasa da, Ermənistan ən azından gələcək perspektiv üçün Hadrutda erməni əhalinin yerləşdirilməsinə nail olmaq istəyir. Məhz bu səbəblə Hadrutu tərk edən erməni əhali dünya mediasında “qaçqın” olaraq təqdim edilir və onların da “öz evlərinə” qaytarılmasının vacibliyi vurğulanır.

Hadrut məsələsinin hələ uzun müddət erməni tərəfinin gündəmində qalacağı görünür. Hətta sülh müqaviləsi imzalansa və daimi atəşkəs əldə olunsa belə ermənilər uyğun məqam yetişənə qədər Hadrutla bağlı öz məkrli siyasətlərinə davam edəcəklər. Yaxın gələcəkdə erməni arzularının əvvəlki kimi “dənizdən dənizə” yox, “Yeravandan Hadruta” olacağını deyə bilərik.

Rəvan Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO