Səudiyyə Ərəbistanının “Əl Mədinə” və Bəhreynin “Al Ayam” qəzetlərində Azərbaycanın bu ölkələrdəki səfiri Şahin Abdullayevin Müstəqillik Gününə həsr olunmuş “28 May Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb” sərlövhəli məqaləsi dərc olunub.
Bizim.Media xəbər verir ki, məqalədə İslam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 104-cü ildönümünün qeyd edildiyi, bu mütərəqqi dövlətin xalq hakimiyyəti, insanların bərabərliyi, irqi, dini, etnik, sinfi prinsiplər əsasında qurulduğu, bütün vətəndaşlar üçün eyni hüquqları təmin etdiyi vurğulanıb.
Müəllif qeyd edib ki, cümhuriyyətin böyük geosiyasi çətinliklərlə üzləşməsinə baxmayaraq, bir çox mütərəqqi islahatlar həyata keçirilib, o cümlədən bir sıra Avropa ölkələrindən də əvvəl qadınlara seçki hüququ verilib, həmçinin parlament, milli ordu yaradılıb, müttəfiq dövlətlərin liderləri ilə danışıqlara başlanılıb.
1920-ci il yanvarın 11-də keçirilən Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınıb. Lakin 23 ay sonra Qırmızı ordunun işğalı nəticəsində cümhuriyyətin mövcudluğuna son qoyulub.
1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycana qarşı Ermənistanın təcavüzü başlayıb və ərazilərimizin 20 faizi işğal olunub, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib.
Belə ağır dövrdə xalq ümummilli lideri Heydər Əliyevə müraciət edərək, onu ölkəni xilas etməyə çağırıb və dahi siyasətçinin səyləri ilə Azərbaycan qısa müddətdə bütün bu problemləri həll edərək yeni inkişaf dövrünə qədəm qoyub.
Məqalədə Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi, siyasi islahatlar, “Əsrin müqaviləsi”, nəhəng transmilli neft-qaz və kommunikasiya layihələri barədə ətraflı məlumat verilib. Müəllif, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarda fəal iştirakından, BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsindən, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrliyindən, İslam Əməkdaşlıq Təşkilatının işinə töhfəsindən də geniş bəhs edib.
Diqqətə çatdırıb ki, məhz dövlətimizin başçısının düşünülmüş siyasəti nəticəsində ordumuz Vətən müharibəsində, cəmi 44 gün ərzində torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin edib.
Yazıda erməni işğalçılarının Qarabağda dağıtdıqları infrastruktur və mədəniyyət obyektləri, tarixi abidələrin bərpası və quruculuq prosesi, qısa müddətdə inşa edilən Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı və s. haqqında da məlumat verilib.
“Azərbaycan Cənubi Qafqazı sülh, təhlükəsizlik və əməkdaşlıq regionuna çevirmək istiqamətində səylərini davam etdirir və Avropa İttifaqının və Rusiyanın vasitəçiliyi ilə Ermənistana müraciət edərək qonşuluq münasibətləri və dinc yanaşı yaşamaq prinsipləri əsasında qarşılıqlı şəkildə ərazi bütövlüyü, dövlət suverenliyini tanımağa, sərhədlərin demarkasiyasını həyata keçirməyə, nəqliyyat dəhlizlərini açmağa çağırıb”, - deyə məqalənin sonunda vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:17 / 29.05.2022
Ərəb mediasında 28 May - Müstəqillik Günü ilə bağlı MƏQALƏLƏR - FOTO
Hazırda oxunan: Ərəb mediasında 28 May - Müstəqillik Günü ilə bağlı MƏQALƏLƏR - FOTO
Hazırda oxunan: Ərəb mediasında 28 May - Müstəqillik Günü ilə bağlı MƏQALƏLƏR - FOTO
76663
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.