Azərbaycanlı millət vəkili AŞPA-nın komitə iclasına qatılacaq

Azərbaycanlı millət vəkili AŞPA-nın komitə iclasına qatılacaq

Hazırda oxunan: Azərbaycanlı millət vəkili AŞPA-nın komitə iclasına qatılacaq

75813

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin iclasında iştirak etmək üçün mayın 24-dən 25-nə kimi Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Monitorinq komitəsinin iclasında əvvəlki iclasların protokollarının təsdiqlənməsi, üzv ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsi kimi məsələlərə baxılacaq, komitənin növbəti iclasının yeri və vaxtı müəyyən ediləcək.

Eyni zamanda Səməd Seyidov həmçinin AŞPA-nın Daimi komitəsinin iclasında iştirak etmək üçün mayın 30-dan iyunun 2-nə kimi İrlandiyanın Dublin şəhərində səfərdə olacaq.

AŞPA-nın Daimi komitəsinin iclasında təşkilati məsələlər baxılacaq, “Miqrasiya, qaçqınlar və məcburi köçkünlərlə bağlı siyasət”, “Sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf” kimi mövzular müzakirə olunacaq.
Milli Məclisin komitə sədri Səməd Seyidov müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO