ABŞ prezidentinin İlham Əliyevə yazdığı məktubdan bəzi MƏQAMLAR – ABŞ Qafqazda nə görmək istəyir?

ABŞ prezidentinin İlham Əliyevə yazdığı məktubdan bəzi MƏQAMLAR – ABŞ Qafqazda nə görmək istəyir?

Hazırda oxunan: ABŞ prezidentinin İlham Əliyevə yazdığı məktubdan bəzi MƏQAMLAR – ABŞ Qafqazda nə görmək istəyir?

75496

“ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ölkəmizin müstəqillik günü ilə bağlı ünvanladığı təbrik məktubunda səsləndirdiyi fikirlər bir daha onu göstərir ki, Vaşinqton Bakının regiondakı yeri, çəkisi və mövqeyini yüksək qiymətləndirir. Onlar Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin qorunub saxlanması və inkişafında maraqlıdırlar”.  

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib: 

Deputat qeyd edib ki, bu məktub ABŞ-ın Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirdiyinin göstəricisidir: 
 

MÖVZU İLƏ BAĞLI:

Co Bayden Azərbaycanın Ukraynaya yardımından danışdı


“Bu o deməkdir ki, Azərbaycan çoxdan regional səviyyəni aşaraq, daha geniş beynəlxalq arenada təhlükəsizliyə, sülhə töhfə vermək potensialını ortaya qoyub. Bayden Bakının Avropanın enerji təhlükəsizliyində oynadığı rolu da yüksək dəyərləndirib. O, indiki reallıqlar fonunda ölkəmizin bu sferada oynadığı rola yüksək dəyər verib. 

Həqiqətən də Azərbaycan Avropanın enerji təhlükəsizliyində alternativ enerji mənbəyi rolunda çıxış edir. ABŞ Prezidenti məktubda Azərbaycanın beynəlxalq terrorrizmə qarşı mübarizəyə verdiyi töhfəyə də diqqəti cəlb edib. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə də əməli addımları ilə öndə gedir”.

E. Nəsiri0v bildirib ki, ABŞ Prezidenti məktubda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə töhfə vermək niyyətini də çatdırıb:

“Vaşinqton Bakı ilə İrəvan arasında iqtisadi, nəqliyyat və insanlararası münasibətlərin yaranaraq inkişafına da dəstək vermək niyyətindədir. Bu o deməkdir ki, ABŞ Cənubi Qafqaz siyasətinə çəki-düzən vermək fikrindədir.  
Co Bayden Ukrayna-Rusiya müharibəsi fonunda dünyada yaranan qlobal qeyri-sabitlik məsələsinə də toxunaraq, Bakının müstəqillik və suverenliyinə açıq şəkildə dəstəyini də ifadə edib”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO