“Moldova prezidentinin Rus qoşunlarının Dnestryanidən çıxması ilə bağlı müraciətləri heç bir nəticə verməyəcək”
Rusiyalı politoloq Yevgeni Mixaylov Bizim.Media-ya verdiyi açıqlamada bunları qeyd edib.
“İndi Rusiya Ukraynada xüsusi hərbi əməliyyat keçirir, onun vəzifələrinə Ukraynanın tam demorkasiyası və delimitasiyası daxildir. İndi Dnestryanıda rusdilli əhaliyə təkcə Moldovadan deyil, Ukraynadan da birbaşa təhlükə var”.
Mixaylov açıqlamasında Odessa vilayətinin azad edilməsindən sonra Dnestiryanıda dəhlizin təhlükəsizliyini təmin etmək üçün mümkün əməliyyat keçirmək lazım olduğunu etiraf edib.
“Bu, mənim fərziyyəmdir, lakin cəbhədə yaşanan son hadisələr və NATO blokunun baş verənlərə reaksiyası müəyyən nəticələr çıxarmağa imkan verir. Moldova prezidentinin qoşunların çıxarılması ilə bağlı bəyanatı NATO blokunun Rusiya ilə qarşıdurma konsepsiyasına uyğundur. Yəni, bunun müəllifi elə NATO-dur. Təbii ki, Moskva buna heç vaxt icazə verməyəcək”.
“Üstəlik, Moldova rəhbərliyinin bu cür ritorikası Transdinyesteryanının qorumaq üçün Rusiyaya daha çox proseslərdə təkan verəcək”, - deyə Mixaylov fikirlərini tamamlayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:30 / 20.05.2022
“Moldova prezidentinin anti-Rusiya bəyanatının müəllifi NATO-dur” - Mixaylovdan ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: “Moldova prezidentinin anti-Rusiya bəyanatının müəllifi NATO-dur” - Mixaylovdan ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: “Moldova prezidentinin anti-Rusiya bəyanatının müəllifi NATO-dur” - Mixaylovdan ÖZƏL AÇIQLAMA
75244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.