İlham Əliyev bu nazirliklə bağlı FƏRMAN İMZALADI

İlham Əliyev bu nazirliklə bağlı FƏRMAN İMZALADI

Hazırda oxunan: İlham Əliyev bu nazirliklə bağlı FƏRMAN İMZALADI

75047

Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 27 aprel 2021-ci il tarixli fərmanında dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verilib. Belə ki, nazirlik kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin (uqodiyaların) bir-biri arasında dəyişdirilməsinə də nəzarət edəcək.

Bundan başqa, qurum torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsi, habelə örüş, otlaq və ya biçənək kənd təsərrüfatı yerlərinin əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinə dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldıra biləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO