Litva prezidentindən İlham Əliyevə: “Xalqlarımız 1990-cı illərdən bəri mədəni əlaqələri yaxşı xatırlayır”

Litva prezidentindən İlham Əliyevə: “Xalqlarımız 1990-cı illərdən bəri mədəni əlaqələri yaxşı xatırlayır”

Hazırda oxunan: Litva prezidentindən İlham Əliyevə: “Xalqlarımız 1990-cı illərdən bəri mədəni əlaqələri yaxşı xatırlayır”

74961

“Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Bu, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına əlavə təkan vermək üçün çox yaxşı fürsətdir. Mən ümidvaram ki, biz bu potensialı müəyyənləşdirərək ondan istifadə edəcəyik. Buraya bizneslə yanaşı, ictimai həyatın müxtəlif sahələri də daxildir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri mayın 18-də rəsmi qarşılanma mərasimindən sonra Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Litva Prezidentinin Bakıda qarşılanma mərasimi oldu - FOTO


“Əlbəttə, regional təhlükəsizlik və Avropa İttifaqı ilə münasibətlər mühüm əhəmiyyət kəsb edən məsələlər sırasındadır. Litva hər zaman Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında daha sıx dialoqu dəstəkləyib. Biz Şərq Tərəfdaşlığı layihəsini də güclü şəkildə dəstəkləyirik və bu məsələni də Sizinlə müzakirə etmək arzusundayıq”, deyə o, qeyd edib. 

Litva Prezidenti ikitərəfli münasibətlərin və iqtisadi əlaqələrin əhəmiyyətli olduğunu deyib:

“Şadam ki, məni işgüzar dairələri təmsil edən nümayəndə heyəti müşayiət edir. Onlar xüsusi tədbirdə iştirak edərək, mümkün iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər. Əlbəttə, mədəniyyət və təhsil sahələri də vacibdir.

Bizim iki universitetimizin rektoru və digər universitetləri təmsil edən nümayəndələr də Azərbaycanda səfərdədirlər. Onlar müştərək proqramları müzakirə edəcəklər ki, bu sahədə də əlaqələr daha yüksək səviyyəyə qalxsın.


Zənnimcə, ölkələrimiz arasında müəyyən coğrafi məsafə olsa da, xalqlarımız 1990-cı illərdən bəri mədəni əlaqələri yaxşı xatırlayır. Bu baxımdan, bu sahəyə də təkan verilməsi mühüm əhəmiyyət kəsb edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO