Dövlət Baxçalı İlham Əliyevə “Qarabağın Fatehi” yazılmış silah hədiyyə etdi - FOTO 

Dövlət Baxçalı İlham Əliyevə “Qarabağın Fatehi” yazılmış silah hədiyyə etdi - FOTO 

Hazırda oxunan: Dövlət Baxçalı İlham Əliyevə “Qarabağın Fatehi” yazılmış silah hədiyyə etdi - FOTO 

74771

“Milliyyətçi Hərəkat Partiyası” (MHP) lideri Dövlət Baxçalı Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edən Azərbaycan prezidenti İlham Əliyevə “Sarsılmaz” silah zavodunda istehsal olunan qızılla işlənmiş SAR9 modelli tapança hədiyyə edib. 

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, türk ənənəsində dostluq əlaməti kimi tanınan hədiyyə silah “Sarsılmaz”ın yerli istehsalıdır.  
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan açılışda İlham Əliyevə HƏDİYYƏ VERDİ - VİDEO


Üzərində “Qarabağın Fatehi” yazılmış xüsusi naxışlı, qızıl örtüklü SAR9 tapançasında Türkiyə bayrağı və “2 Dövlət, Bir Millət” şüarı ilə Azərbaycan bayrağı da əks olunub. 

Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi nazirliyi tərəfindən təklif olunan layihə əsasında istehsal olunan SAR9 tapançası ən çətin şəraitdə hədəfi tapmaq üçün hazırlanıb. İstifadə asanlığı və yüngül quruluşu ilə seçilən SAR 9 yüksək keyfiyyətli polimer korpusa malikdir. 

9 millimetrlik SAR 9 həm də gövdədəki aksessuar rayı, həmçinin müxtəlif əl tiplərinə uyğunlaşmaq üçün dəyişdirilə bilən tutacaq örtükləri (S-M-L) və arxa dayaqları sayəsində istifadəçisinə uyğunlaşır. 
İynə və tətik təhlükəsizliyinə də sahib olan SAR 9 təhlükəsizlik və rahatlıq hissini birlikdə təqdim edir. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO