Milli Məclisə aparat rəhbəri təyin olunan Fərid Hacıyev kimdir? - DOSYE  

Milli Məclisə aparat rəhbəri təyin olunan Fərid Hacıyev kimdir? - DOSYE  

Hazırda oxunan: Milli Məclisə aparat rəhbəri təyin olunan Fərid Hacıyev kimdir? - DOSYE  

74746

Xəbər verdiyimiz kimi, Fərid Famil oğlu Hacıyev Milli Məclisə yeni aparat rəhbəri təyin olunub. 

Bizim.Media xəbər verir ki, Hacıyev Fərid Famil oğlu 1989-cu ildə Bakı şəhərində anadan olub.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin yeni Aparat rəhbəri məlum oldu 


O, orta təhsilini 23 saylı orta məktəbdə alıb, yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.

Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb. 

Fərid Hacıyev çox gənc yaşlarında - Universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışıb.

O, 2012-ci ildən Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərməyə başlayıb və ötən dövrdə Milli Məclis Aparatında müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ilin 4 iyulunda Milli Məclisin spikeri Sahibə Qafarovanın köməkçisi vəzifəsinə təyin olunub. Bu vəzifəyə təyin olunana qədər, 2021-ci ilin fevralın 4-dən bu günə kimi isə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.  

O, Azərbaycan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunub, beynəlxalq təlimlərdə iştirak edib və müvafiq sertifikat alıb. TürkPA ilə əməkdaşlıq çərçivəsində bir neçə model qanunun müəllifidir.

Avropa Parlamentinin təşkil etdiyi müxtəlif layihələrdə və tədbirlərdə Milli Məclis Aparatını təmsil edib və parlamentin fəaliyyəti və büdcə nəzarəti mövzularında məruzələrlə çıxış edib.

O, Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən həyata keçirilən "Şərq Tərəfdaşlığında müasir və güclü parlament administrasiyası" layihəsində Parlament Aparatını təmsil edir.  

Fərid Hacıyev Azərbaycan, ingilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

Qeyd edək ki, Fərid Hacıyev Milli Məclisin aparat rəhbəri vəzifəsində Səfa Mirzəyevi əvəz edib. Keçmiş aparat rəhbəri Səfa Mirzəyev 1997-ci ilin fevralından bu ilin mayın 12-ə qədər sözügedən vəzifəni icra edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO