Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Dövlət başçısı Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.
Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Söhbət zamanı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:19 / 17.05.2022
İlham Əliyev Qazaxıstan Prezidentinə zəng etdi – AD GÜNÜ TƏBRİKİ
Hazırda oxunan: İlham Əliyev Qazaxıstan Prezidentinə zəng etdi – AD GÜNÜ TƏBRİKİ
Hazırda oxunan: İlham Əliyev Qazaxıstan Prezidentinə zəng etdi – AD GÜNÜ TƏBRİKİ
74741
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.