“İndiki “demokratları” 90-larda Heydər Əliyev xilas etmişdi” - Deputat 

“İndiki “demokratları” 90-larda Heydər Əliyev xilas etmişdi” - Deputat 

Hazırda oxunan: “İndiki “demokratları” 90-larda Heydər Əliyev xilas etmişdi” - Deputat 

74159

“Sosial şəbəkələrdə saxta demokratiya mühazirələri oxuyanlarda 90-cı illərdə əllərində güc və səlahiyyət olarkən indiki cəsarəti görmədik”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Bəhruz Məhərrəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.  

Deputat qeyd edib ki, gərək həmin şəxslərin saxta mühazirələrinin təsiri altına düşən şəxslər xatırlasınlar ki, həmin adamlar 90-cı ildə əllərində səlahiyyət olanda heç özlərini qoruya bilmirdilər:

“Onlar Heydər Əliyevin sayəsində Surət Hüseynovun dar ağacından xilas olan adamlardır. Heydər Əliyev iyunda yox iyulda gəlsə idi, biz arxivlərdə onların Azadlıq meydanında dar ağacından asılmış qalaq-qalaq fotolarına şahidlik edərdik. Elə bu parlamentin 90-cı illərindəki kadrlarına baxmaq kifayətdir ki, görəsiniz, Heydər Əliyev bizi kimlərin əlindən qurtarıb”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO