Ceyhun Bayramov MDB XİN başçıları Şurasının iclasında: “Azərbaycan sülh sazişinin imzalanmasına hazırdır” 

Ceyhun Bayramov MDB XİN başçıları Şurasının iclasında: “Azərbaycan sülh sazişinin imzalanmasına hazırdır” 

Hazırda oxunan: Ceyhun Bayramov MDB XİN başçıları Şurasının iclasında: “Azərbaycan sülh sazişinin imzalanmasına hazırdır” 

74130

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının Düşənbədə keçirilən iclasında çıxış edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

C.Bayramov təşkilata səmərəli sədrliyinə görə, Qazaxıstana təşəkkür edib və MDB çərçivəsində əməkdaşlıq məsələlərinin qarşılıqlı anlaşma şəraitində müzakirəsinə, habelə beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparmağa imkan verən iclasın yüksək səviyyədə təşkilinə görə Tacikistana təşəkkür edib. 

Nazir MDB formatında ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin uğurla inkişafını qeyd edib.

O, cari ildə Birliyə üzv olan bir çox dövlətlərin əlamətdar tarix olan - diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu yubileyin ölkələrimizin keçdiyi yola nəzər salmaq, keçmişdən dərsləri öyrənmək, çoxillik əməkdaşlığın nəticələrini yekunlaşdırmaq və gələcək üçün planları müəyyən etmək üçün yaxşı fürsət olduğu bildirilib. 

XİN rəhbəri iclasın gündəliyinə uyğun olaraq, MDB-yə üzv dövlətlər arasında, o cümlədən humanitar sahədə gələcək əməkdaşlığı təşviq edən bir sıra sənədlərin qəbulunun nəzərdə tutulduğunu vurğulayıb.

Azərbaycanın təhsil, elm, mədəniyyət, səhiyyə, turizm, gənclərlə iş və digər sahələrdə əməkdaşlıq üçün formatları faydalı hesab etdiyi qeyd edilib. 

C.Bayramov həmçinin iclas iştirakçılarını bölgəmizdəki münaqişədən sonrakı vəziyyət barədə məlumatlandırıb. Münaqişənin keçmişdə qaldığı və hazırda əsas vəzifəmizin işğaldan azad edilmiş ərazilərimizi yenidən dirçəltmək, iqtisadi və kommunikasiya əlaqələrini bərpa etməklə uzunmüddətli sülh və sabitliyi təmin etmək olduğu diqqətə çatdırılıb.

Nazir Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa, o cümlədən sülh sazişinin imzalanmasına və sərhədlərin delimitasiyası prosesinin başlanmasına hazır olduğunu qeyd edib.
 

Bununla bağlı, sülh sazişi üzrə danışıqlar prosesinin başlanması istiqamətində addımların atıldığı, o cümlədən iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə milli komissiyaların sədrləri və formatının müəyyənləşdirildiyi bildirilib.


Azərbaycan tərəfinin sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO