Ceyhun Bayramov:

Ceyhun Bayramov: "Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazırdır"

Hazırda oxunan: Ceyhun Bayramov: "Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazırdır"

74050

“Bu görüş əldə edilə biləcək tərəqqinin müzakirəsi üçün yaxşı fürsətdir”. 

Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Düşənbədə Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü keçirildi - YENİLƏNİB/VİDEO


"Mən bilirəm ki, həmkarlar arasında təmaslar davam edir. Və biz inanırıq ki, nəticələr əldə etmək və üçtərəfli bəyanatların tam icrasına nail olmaq üçün yaxşı perspektiv, yaxşı imkan var. Hesab edirəm ki, delimitasiya məsələləri üzrə komissiyada yaxşı irəliləyişlər, tərəflərin tərkibi və təmsilçiliyi baxımından anlaşma var və mən də inanıram ki, yaxın vaxtlarda, ən azı, bu prosesə başlamaq mümkün olacaq”.

C.Bayramov rəsmi Bakının sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu açıqlayıb.

O, nazirlərin görüşü və tərəflər arasında təmasların qorunub saxlanmasının bu mövzuda müzakirənin davam etdirilməsinə müsbət təsir göstərəcəyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO