MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının mayın 13-də Taciksitanın paytaxtı Düşənbədə keçiriləcək iclasının gündəliyi açıqlanıb.
Bizim.Media xəbər verir ki, toplantıda 9 məsələ müzakirə olunacaq.
Bunlar aşağıdakılardır:
1. Beynəlxalq aktual məsələlər üzrə fikir mübadiləsi və MDB-də formatında əməkdaşlıq;
2. MDB XİN başçıları Şurasının növbəti iclasının keçirilməsi;
3. ”MDB-nin gənclər paytaxtı” beynəlxalq layihəsi haqqında;
4. 2021-ci ildə MDB çərçivəsində xarici işlər nazirlərinin çoxsəviyyəli məsləhətləşmələrinin reallaşması haqqında;
5. MDB-yə üzv ölkələrin Xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın fəallaşması üzrə 2021-ci ilə qədər “Tədbirlər Planını”na reallaşması haqqında;
6. MDB-yə üzv dövlətlərin notariat fəaliyyəti sahəsinin təşkilinin əsasları haqqında;
7. MDB-də turizmin təşkilinin əsasları haqqında;
8. MDB-də fundamental tədqiqatların prioritet istiqamətləri üzrə perspektivli elmi layihələrin siyahısının layihəsi;
9. MDB-nin fərqlənmə nişanı ilə təltiflər haqqında.
Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclası ənənəvi olaraq ildə iki dəfə keçirilir. Bu il üzrə növbəti toplantı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Quruma bu il Qazaxıstan sədrlik edir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:33 / 12.05.2022
MDB xarici işlər nazirlərinin iclasının GÜNDƏLİYİ
Hazırda oxunan: MDB xarici işlər nazirlərinin iclasının GÜNDƏLİYİ
Hazırda oxunan: MDB xarici işlər nazirlərinin iclasının GÜNDƏLİYİ
73933
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.