Moskvada nə planlaşdırılır?

Moskvada nə planlaşdırılır?

Hazırda oxunan: Moskvada nə planlaşdırılır?

736

Ermənistan Xarici İşlər nazirinin yenidən Moskvaya çağırılması bəzi müəmmalı məsələlərin ortaya çıxmasına səbəb olub. Siyasi ekspertlərin fikrincə, Ermənistanı humanitar atəşkəs rejiminə əməl etmədiyinə görə, Z.Mnatsakanyanı orada elə də yaxşı aqibət gözləmir. 

Bizim.Media ilə bölüşən siyasi ekspert Zaur Məmmədov  isə başqa fikirdədir: “Gəncədəki terrorla bağlı Rusiya xarici işlər nazirinin, həmsədr ölkələrin hələ də bu məsələyə fikir bildirməməsi Qarabağ problemində ikili standartların olduğundan xəbər verir. Ötən görüşdən sonra Z.Mnatsakanyanın təyyarəsində silah gətirməsi əhəmiyyətsiz hadisə deyil. Rusiya buna bir açıqlama vermək məsuliyyəti daşıyır. Əgər bu görüşdən sonra  da  S.Lavrov Gəncədəki erməni terrorunu pisləyən bəyanat verməsə, ən azı işğalçının bir daha rəsmi Moskva tərəfindən stimullaşdırıldığı üzə çıxacaq”.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO