Bir neçə gün əvvəl Brüsseldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş baş tutub. Tərəflər bir çox məsələləri müzakirə ediblər.
Avropa İttifaqının sözçüsü Peter Stanoya görüşün detalları barədə Bizim.Media-ya ətraflı məlumat verib. O bildirib ki, bu görüş 30 mart tarixli görüşün davamıdır.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşdü - FOTO
"Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında baş tutan görüş martın 30-da keçirilən görüşün davamı idi.
İştirakçılar hər iki ölkənin liderlərinin və Prezident Mişelin 14 dekabr 2021-ci il və aprelin 6-da Brüsseldə keçirilmiş görüşləri zamanı əldə olunmuş anlaşmaların davamı olaraq Ermənistan və Azərbaycan arasında siyasi və təhlükəsizlik vəziyyəti və bütün məsələlərin spektrini nəzərdən keçiriblər. Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülh və sabitlik istiqamətində fəaliyyətini davam etdirməyə sadiqdir", - deyə Stanoya əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:39 / 07.05.2022
Aİ Hacıyevlə Qriqoryan görüşünün pərdəarxası məqamlarını açıqladı
Hazırda oxunan: Aİ Hacıyevlə Qriqoryan görüşünün pərdəarxası məqamlarını açıqladı
Hazırda oxunan: Aİ Hacıyevlə Qriqoryan görüşünün pərdəarxası məqamlarını açıqladı
73256
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.