Ermənistanda revanşistlərin hakimiyyət şansı nə qədərdir? – Fikrət Sadıxovun ŞƏRHİ 

Ermənistanda revanşistlərin hakimiyyət şansı nə qədərdir? – Fikrət Sadıxovun ŞƏRHİ 

Hazırda oxunan: Ermənistanda revanşistlərin hakimiyyət şansı nə qədərdir? – Fikrət Sadıxovun ŞƏRHİ 

73220

Ermənistanda mitinqləri davam etdirən revanşist qüvvələrin yenidən hakimiyyətə gəlməsi bütün hallarda daha çox Rusiyanın siyasi vəziyyəti ilə bağlıdır. Görünən odur ki, Moskva nə qədər sıxışdırılırsa, bir o qədər imperiya iddialarını bərpa etməyə çalışacaq. Bu fonda onlar Ermənistanda da qaniçənləri, dünya düzəninə mane olacaq tipləri hakimiyyətə gətirə bilərlər.

Bu isə yeni müharibə deməkdir.  
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə nə baş verəcək? – ŞƏRH 


Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Fikrət Sadıxov bildirdi ki, Ermənstanda hakimiyyətə gəlsələr revanşistlər əvvəlki təcavüzkar, aqressiv ritorokanı davam etdirəcəklər ki, bu da yeni müharibənin alovlanması demək olacaq: 

“Revanşistlər Ermənistanda hakimiyyətə gəlməklə yenidən ərazi iddiaları ilə çıxış edə və danışıqlar prosesinə son qoya bilərlər. Onların hakimiyyətə gəlməklə əvəlki ritorika ilə çıxış edəcəkləri ehtimalı böyükdür. Bu mənada erməni revanşistləri torpağımıza göz dikib yenidən hərəkətə keçsələr, birmənalı olaraq Azərbaycan onlara adekvat cavab verəcək. Bu isə yenidən müharibənin alovlanması demək olacaq ki, həmin vəziyyətdə Ermənistanın durumu indikindən qat-qat pis olacaq. Bu məsələdə onlarda heç bir şübhə yaranmasın. Radikal, təcavüzkar qüvvələrlə Azərbaycanın danışıq üslubu hamıya bəllidir.

Həmin revanşistlər Ermənistanda iqtidarı zəbt etməklə danışıqlara son qoyacaq, prosesdə müəyyən korrektlərə gedərək yenidən Dağlıq Qarabağın statusu barədə söhbətlərə rəvac verəcəklər.
Erməni revanşistlər buna gedərlərsə təbii ki, yalnız özlərinə, öz ölkələrinə zərbə vuracaq. Ermənistan bu dəfə bataqlığın daha dərinliyinə düşərək, oradan ümumiyyətlə çıxa bilməyəcək. 

Ona görə də birmənalı olaraq bəllidir ki, “Qarabağ klanı” və Daşnakstyun partiyası kimi aqressiv, revanşist qüvvələrin Ermənstanda hakimiyyətə gəlməsi bu ölkəni yenidən daha dərin uçuruma salacaq. Onlar nə qədər hay-küy qaldırsalar da öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan buna imkan verməyəcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO