Kamran Əliyev Avropa Prokurorlarının Konfransında iştirak etdi - FOTO

Kamran Əliyev Avropa Prokurorlarının Konfransında iştirak etdi - FOTO

Hazırda oxunan: Kamran Əliyev Avropa Prokurorlarının Konfransında iştirak etdi - FOTO

73135

İtaliyanın Palermo şəhərində Avropa Prokurorlarının Konfransı işini ətraf mühitlə bağlı cinayətlərin araşdırılmasında prokurorların rolu və virtual mühitdə maliyyə cinayətlərinin istintaqında hüquqi yardımın göstərilməsi mövzularında davam etdirib.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, səfər çərçivəsində Baş prokuror Kamran Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç, Türkiyə, İsveçrə, Almaniya, Estoniya, Xorvatiya, Gürcüstan və sair ölkələrin prokurorluq xidmətlərinin rəhbərləri və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirib, mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Kamran Əliyev italiyalı həmkarı ilə görüşdü - FOTO


Tədbirin sonunda İtaliya Prezidenti Serco Matarella, hökumət üzvləri, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə mafiya üzvlərinin mühakimə olunduqları məhkəmə binası "Aula Bunker"də 20-ci əsrin sonlarında mafiyaya qarşı qətiyyətli mübarizə aparmış və vəzifə səlahiyyətlərinin icrası ilə bağlı 1992-ci ildə qətlə yetirilmiş prokuror, hakim və polis əməkdaşları, o cümlədən Covanni Falkone, Françeska Morvillo və Paolo Borsellinonun xatirələri yad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO