XİN-də İtaliya ilə diplomatik münasibətlərin ildönümü qeyd edildi - FOTO

XİN-də İtaliya ilə diplomatik münasibətlərin ildönümü qeyd edildi - FOTO

Hazırda oxunan: XİN-də İtaliya ilə diplomatik münasibətlərin ildönümü qeyd edildi - FOTO

73131

Bu gün Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan  və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə XİN-in rəhbər heyəti, İtaliyanın Azərbaycandakı səfiri, habelə səfirliyin əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və İtaliya arasında əlaqələrin tarixi köklərə və dostluq ənənələrinə əsaslandığını və son 30 ildə münasibətlərin bütün istiqamətlər üzrə dinamik inkişaf etdiyini bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

XİN-də Azərbaycan-İtaliya əlaqələrinin 30 illiyi qeyd olunur - YENİLƏNİB


Nazir müavini iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, humanitar və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb. 

X.Xələfov 44 günlük Vətən müharibəsi zamanı İtaliyanın beynəlxalq hüquqa əsaslanan və ədalətli mövqeyini məmnunluqla qeyd edib. 

Sonda nazir müavini əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, hər iki xalqa sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.

Daha sonra çıxış edən İtaliya səfiri Klaudio Taffuri 30 il ərzində Azərbaycan və İtaliya arasında əlaqələrin inkişafında əldə olunan nailiyyətləri qürurla qeyd edərək, tədbir iştirakçılarını bu əlamətdar tarix münasibəti ilə təbrik edib.
Səfir, Azərbaycan və İtaliya arasında bir çox istiqamətlər üzrə mövcud olan yüksək səciyyəli əməkdaşlığı məmnunluqla qeyd edib. Eyni zamanda, səfir iki ölkə arasında insanlar arasında əlaqələrin intensivləşməsinə istinad edib, xüsusilə də təhsil sahəsində əməkdaşlığın genişlənməsini məmnunluqla vurğulayıb. 

Tədbirin sonunda iştirakçılar Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO