Ukrayna kəşfiyyatı: “Rusiya Ukraynanı işğal edəcək”

Ukrayna kəşfiyyatı: “Rusiya Ukraynanı işğal edəcək”

Hazırda oxunan: Ukrayna kəşfiyyatı: “Rusiya Ukraynanı işğal edəcək”

7313

Ukrayna Xarici Kəşfiyyat Xidməti Rusiya ordusunun ölkəni "işğal edəcəyini" proqnozlaşdırır.

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin saytında yayımlanan hesabatda, Rusiya ordusunun Krımdakı su problemini həll etmək üçün ölkənin Xerson bölgəsini "işğal edəcəyi" iddia edilir.

Hesabatda "Rusiya Silahlı Qüvvələri uydurma bir bəhanə ilə Şimali Kırım Kanalının bəndlərini nəzarətə götürmək üçün Xerson bölgəsinin dərinliklərinə doğru sürətlə irəliləyə biləcəyi" qeyd olunub. 

Ukraynanın qərbində son aylarda hərbi əməliyyatların başlanacağı ilə bağlı ciddi gözlənti var idi. Analitiklər Xreson bölgəsində ehtimal olunan fəaliyyətlərin Ukraynanın diqqətini Donetsk və Luqanskdan yayındırmaq olduğu düşüncəsindədir. Rusiya Xersonu Ukraynanın qərb ərazilərindəki fəaliyyətlərini nəzarətdə saxlamaq üçün təhdid kimi dəyərləndirir. Əgər Ukrayna ərazi bütövlüyünün bərpası üçün müharibəyə başlamağa qərar verərsə, Xerson bölgəsindən cavab hücumu ilə qarşılaşacaq.

Yarımadanın şirin su ehtiyacının 85 faizinin Krım Rusiyaya daxil edilməzdən əvvəl Ukraynanın digər bölgələrindən tədarük edildiyi xatırladılıb. Rusiya ilə yaşanan böhran nəticəsində rəsmi Kiyev Krıma verilən suyun birtərəfli şəkildə kəsilməsinə qərar vermişdi.

Rusiya tərəfi isə Krımın ilhaqından sonra yarımadaya su təchizatı problemini həll etmək üçün Rusiya şirkətlərinin iştirakı ilə duzlu su təmizləyici qurğuların yaradılması planlaşdırıldığını qeyd edir. Bundan əlavə rus mütəxəssislər bölgədə yetərli miqdarda yeraltı şirin su ehtiyyatı aşkar etdiklərini iddia edirlər.

Xatırladaq ki, Rusiya hökuməti daha əvvəl Krımdakı su probleminin az qala həll olunduğunu elan etmişdi. Lakin hesabatda yer alan məlumatlara görə problem hələ də öz aktuallığını qoruyub saxlayır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO