"Rusiyanın bu prosesə təsir etmək şansı sıfıra bərabərdir"

Hazırda oxunan: "Rusiyanın bu prosesə təsir etmək şansı sıfıra bərabərdir"

73128
Saakaşvilinin yenidən hakimiyyətə qayıtması nə dərəcədə realdır və bu dəfə ABŞ Rusiyaya qalib gələ biləcəkmi?
Yaxud Vaşinqton 2008-ci ilin avqustundakı məğlubiyyətin əvəzini çıxa biləcəkmi?

Moderator.az -ın bu suallarını eks-spiker Rəsul Quliyev aşağıdakı şəkildə cavablandırıb:

Gürcüstanda 2004-cü il narıncı inqilabla ölkənin demokratikləşməsi prosesinə start verilib. Çox qısa bir zamanda Saakaşvili gənc komandası ilə əsas reformaları həyata keçirib, demokratikləşmənin dərinləşməsində uğurlar qazanıb. ABŞ-ın Gürcüstan ordusunu təlim etməsi və müəyyən hərbi ləvazimatlar verməsindən ruhlanan ,təbiətcə avanturist Saakaşvili 2008-ci ilin avqustunda rusların imkanları və reaksiyalarını nəzərə almadan Cənubi Asetiyanı hərbi yolla azad etməyə cəhd göstərmişdir.Bu əməliyyat qərblə razılaşdırılmadığından o vaxtda Gürcüstanın yaxınlığında Qara dənizdə NATO-nun heç bir gəmisidə yox idi.Ona görədə Qərbin deklarotiv bəyənatları Rusiyanı Cənubi Asetiyanı yenidən işğal etməkdən xilas edə bilmədi. Sizin o dövrdə ABŞ-ın Rusiyaya məğlub olması qənaətinə gəlməzin çox mücərrəddir. Əksinə Qərb o dövrdə Rusiyanın bütün Gürcüstanı işğal etməsindən xilas etdi. Əgər yadınızdadırsa Rus qoşunları Tiflisin 30 km-liyində dayandırıldı. Ondan sonra Rusiyanın bütün cəhdlərinə baxmayaraq Saakaşvili prezident seçkilərini uddu və əlavə 4 ildə prezident işlədi. Hansı məğlubiyyətdən söhbət gedir.Qərb hələki Ukrainada məğlub olub, Krım və Donbas hövzəsinin 60 faizi ruslar tərəfindən işğal olunub.Cənubi Asetiya və Abxaziya 1992-ci ildən işğal olunmuşdu.O dövrdə ABŞ prezident Yeltsini saxlamağın xatirinə Rusiyaya kiçik işğal siyasətini bağışlayırdı.
 Gürcüstan artıq daha çox parlament respublikasıdır. İndi hakimiyyətdə İvanişvilinin müxalifətdə isə Saakaşvilinin partiyasıdır. Bu seçkilərdə Saakaşvilinin partiyasının qalib gələcəyi gözlənilir.Rusiyanın bu prosesə təsir etmək şansı sıfıra bərabərdir. ABŞ-ın isə strategiyasında Gürcüstanda həmişə xalqın seçdiyi hökuməti görməkdir. Ona görədə guya 2008-də ruslar udub indi amerikanlılar bunun əvəzini alıb Saakaşvilini hakimiyyətə gətirə biləcəklər sualı korrekt deyildir. Çox ehtimal Saakaşvili partiyasının qalib gəlməsi  və özünün baş nazir olması uğrunda mübarizə aparacaq və qalib gələcək. Ancaq indiki hakim partiyada azı 40 faiz səslə müxalifətdə olacaq. 2012-ci il seçkilərindən sonra yeni hökumət Saakaşvilinin siyasi kursunu dəyişməyib həmin qərbyönlü siyasət davam edir. Ona görə qərbin 2008-də Rusiyaya uduzması həqiqətə uyğun deyildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO