Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin Prezidenti Doktor Hussam bin Abdulmohsen Alangari ilə görüşüb.
Bizim.Media xəbər verir ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker diqqətə çatdırıb ki, Azərbaycan dost və qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.
Bizim xalqlarımız tarixən dini və mədəni köklərlə bir-birinə bağlıdır və ölkələrimiz arasındakı münasibətlər bu möhkəm təmələ əsaslanır.
Sahibə Qafarova qonağın bu səfərinin də Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin Prezidenti Doktor Hussam bin Abdulmohsen Alangari Azərbaycanın inkişafını, gördüyü işləri təqdir etdiklərini və qürur duyduqlarını diqqətə çatdırıb. Qonaq iki ölkə arasındakı münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib.
Qeyd edib ki, Səudiyyə Ərəbistanının Baş Audit Bürosu ilə Azərbaycan Respublikasının Hesablama Palatası arasında imzalanmış Anlaşma Memorandumu qarşılıqlı münasibətlərin daha da inkişafına yeni bir töhfə olacaq.
Görüşdə Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:32 / 06.05.2022
MM sədri Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin Prezidenti ilə görüşdü - FOTO
Hazırda oxunan: MM sədri Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin Prezidenti ilə görüşdü - FOTO
Hazırda oxunan: MM sədri Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin Prezidenti ilə görüşdü - FOTO
73061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.