“Avropa ölkələrində miqrantlara qarşı hansı əməllər törədilmir ki? Onların üzərinə itlərin salınması, döyülməsi, cəmiyyətdən təcrid olunmasının biz şahidi olmuşuq. Bundan böyük insan hüquqlarının pozulması və insan alveri olmur”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Siyavuş Novruzovdan bayraqla bağlı ETİRAZ: “Ticarət müəssisəsində asırlar, guya vətənpərvərdirlər”
Deputat Birinci Qarabağ savaşında itkin düşmüş şəxslərlə bağlı da fikirlər səsləndirib:
“Birinci Qarabağ savaşında itkin düşmüş 4 min nəfərdən, əminəm ki, bir hissəsi Ermənistan rəhbərliyinin əli ilə orqan alverinin qurbanına çevriliblər. ABŞ dövlət departamenti bununla bağlı səsini belə çıxarmır”.
Murad Əhmədov, Bizim.Media