“Ya Zelenski öldürülməlidir, ya da …” - Türkiyəli ekspertdən Ukrayna müharibəsi ilə bağlı ÇIXIŞ YOLU 

“Ya Zelenski öldürülməlidir, ya da …” - Türkiyəli ekspertdən Ukrayna müharibəsi ilə bağlı ÇIXIŞ YOLU 

Hazırda oxunan: “Ya Zelenski öldürülməlidir, ya da …” - Türkiyəli ekspertdən Ukrayna müharibəsi ilə bağlı ÇIXIŞ YOLU 

72723

“Bayden Ukraynaya yardım üçün daha 33 milyard ayırmaq və büdcəni təsdiqə göndərməklə Rusiyaya geri çəkilməyəcəkləri ilə bağlı daha bir mesaj verir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Qafqaz Siyasi Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski: "Rusiya İkinci Dünya müharibəsinin bütün dərslərini unudub"


“Yardımlardakı rəqəmlərin sürətlə artması da təsadüfi deyil. Bu Putinə onun hesablamadığı qədər daha böyük məbləğlərin dövrəyə girə biləcəyini göstərir”.

Ekspert bildirib ki, yekun sülhün əldə olunması üçün tərəflərdən biri məqsədinə çatmalı, digəri isə güzəştə getməyə məcbur olmalıdır:

“Putinin məqsədi itkilərin qarşısını almaq üçün ən azı Odessanı alandan sonra sülhə imza atmaqdır. Düşünürəm ki, o Mariupol kimi kiçik bir ərazi ilə kifayətlənməyərək hücumları sürətləndirəcək. Putin ən azı Odessanı alıb sülh təklifinə nail olmasa, müharibə Suriyadakı kimi on illərlə davam edə bilər”.

Zelenski haqqında isə türkiyəli ekspert onun Ukraynanın azadlıq simvoluna çevirildiyini söyləyib.

“Volodimir Zelenski Ukrayna xalqının azadlıq və mübarizə simvoluna çevirilib. Ukrayna xalqının və eləcə də, Qərbin müqavimətini qırmağın ən asan üsullarından biri Zelenskini məhv etməkdir ki, indi Rusiyanın qərbin get-gedə artan yardım məbləğlərinin qarşısını almaq üçün məhz bunu etməkdən başqa yolu yoxdur”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO