Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə polşalı həmkarı Andjey Dudanı təbrik edib.
Bizim.Media xəbər verir ki, təbrikdə Azərbaycan-Polşa ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsininb məmnunluq doğurduğu vurğulanır.
Təbrik məktubunda daha sonra deyilir:
“Daim genişlənən siyasi, iqtisadi və humanitar əlaqələrimiz, yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks etdirir”.
Dövlətimizin başçısı inandığını bildirir ki, ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində fəal və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərlə müvəffəqiyyətlə davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:11 / 02.05.2022
“Azərbaycan-Polşa münasibətlərinin səviyyəsi məmnunluq doğurur” - Prezident
Hazırda oxunan: “Azərbaycan-Polşa münasibətlərinin səviyyəsi məmnunluq doğurur” - Prezident
Hazırda oxunan: “Azərbaycan-Polşa münasibətlərinin səviyyəsi məmnunluq doğurur” - Prezident
72413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.