“Azərbaycan Ermənistanla bütün müstəvidə danışıqlar aparmağa hazırdır” – Ziyalılardan REAKSİYA

“Azərbaycan Ermənistanla bütün müstəvidə danışıqlar aparmağa hazırdır” – Ziyalılardan REAKSİYA

Hazırda oxunan: “Azərbaycan Ermənistanla bütün müstəvidə danışıqlar aparmağa hazırdır” – Ziyalılardan REAKSİYA

72183

“Ziyalılar arasında görüşlər qonşuluq münasibətlərinin yenidən bərpası üçün münbit şərait yaradır”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Ermənistan ziyalıları arasında görüş formatının davam etdirilməsi və belə təmasların Bakı və İrəvanda keçirilməsinin mümkünlüyü barədə verdiyi açıqlamaya münasibət bildirərkən deyib:  

“Prezidentin bu fikri Azərbaycan cəmiyyətinin Ermənistanla bütün müstəvilərdə danışıqlar aparmağa hazır olduğunu göstərir.

30 il bundan əvvəlki vəziyyət deyil ki, erməni ziyalıları, din adamları, gəncləri azərbaycanlılara görüşə yuxarıdan aşağı baxsınlar. Bu gün artıq bu mümkün deyil. 

Azərbaycan erməni ziyalılarını hər yerdə qəbul etməyə hazırdır. Çünki sözü qaliblər deyir, hökmü qaliblər verir, ədaləti qaliblər təmin edir. Bu mənada artıq kənar dövlətlərin vasitəsilə deyil, iki ölkənin ziyalıları, gənclərinin birbaşa təmasları mühüm əhəmiyyət kəsb edir. 

Ortada tarixi həqiqət və 44 günlük müharibənin tarixi nəticəsi var. Azərbaycan öz şərtlərini irəli sürüb, Ermənistan da onu qəbul edib. İki qonşu nə vaxta qədər düşmən ola bilər? Azərbaycan tərəfi məcburən bu müqaviləni imzalamır. Biz qalib dövlətik. Erməni tərəfi bundan qazana bilər. Barışığa hazırıq.

Müharibəyə qədər deyirdik ki, Ermənistan işğala son qoysun, onlarla hər cür danışıqlar aparmağa hazırıq. Bu gün düşmən Qarabağdan çıxıb, tör-töküntüləri çıxmaq şərtilə. Bu mənada ziyalılar arasında görüşlər də sülhə xidmət edir. Qonşuluq münasibətlərinin yenidən bərpası üçün münbit şərait yaradır. Erməni tərəfi kənar təsirlərdən xilas olsa təbii ki, Azərbaycan onunla hər cür münasibət qurmağa hazırdır. Azərbaycan ziyalısı da həmçinin”.
 

“Moskvanın iştirakı olmadan iki ölkə ziyalıları arasında keçiriləcək görüşlər mühüm əhəmiyyətlidir”.


Tanınmış estrada müğənnisi Akif İslamzadə isə belə düşünür: 

“Bu prosesi başlamaq lazımdır. Düşünürəm ki, Azərbaycan və Ermənistan ziyalıları arasında kənar vasitəçilər olmadan keçirilən birbaşa təmaslar iki ölkə arasında sülhün əldə edilməsinə ciddi töhfə verəcək. Təki prosesə Rusiya kimi kənardan müdaxilə edən qüvvələr olmasın. Çünki kənar qüvvələrin qarışdığı yerdə sülhə tam şəkildə nail olmaq mümkün deyil”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO