Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşəcək

Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşəcək

Hazırda oxunan: Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşəcək

72097

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək.

Bizim.Media xəbər verir ki, Armen Qriqoryan “Azadlıq Radiosu”nun efirində bildirib görüş mayın 2-də baş tutacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyevin Şuşadan mühüm MESAJI: “Qarabağdakı erməniləri öz vətəndaşımız hesab edirik”


“Azərbaycan və Ermənistanla bağlı məsələləri müzakirə edəcəyik. Əgər biz bütün suallara cavab tapa bilsək, o zaman ölkə liderlərinin Brüsseldə görüş imkanını müzakirə edə bilərik”, - Armen Qriqoryan qeyd edib.

Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlər, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO