“Azərbaycanın təklifi əsasında Ermənistan, nəhayət ki, sərhədimizin delimitasiyası prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupları yaratmağa razılaşıb”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
Beynəlxalq beyin mərkəzlərinin növbəti konfransı Laçında olacaq
“Əgər sülh sazişi imzalansa - əsas prinsiplər məlumdur - o zaman Qafqazda sülh davamlı olacaq. Bizim istədiyimiz budur. Bizim göstərdiyimiz və bəyan etdiyimiz Qafqazda sülhün bərqərar olması iradəmizin bariz nümunəsidir”, - dövlət başçısı bildirib.
Bizim.Media