ATƏT-in yeni sədrindən Qarabağ açıqlaması

ATƏT-in yeni sədrindən Qarabağ açıqlaması

Hazırda oxunan: ATƏT-in yeni sədrindən Qarabağ açıqlaması

7144

1 yanvar 2021-ci ildən İsveç Xarici İşlər Naziri Ann Linde bir il müddətinə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri olub.

Bizim.Media xəbər veririr ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Lindenin sözlərinə görə, İsveç gücünü Avropa təhlükəsizlik nizamının qorunması, uzanan münaqişələrin həlli, demokratiya və gender bərabərliyinin gücləndirilməsi istiqamətinə yönəldəcək:

“Sədr kimi prioritetlərimiz ATƏT-in təməl vəzifələrini qeyd etmək, Avropa təhlükəsizlik qaydalarını və ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləmək, bölgəmizdəki münaqişələrin həllinə töhfə vermək olacaq”.

O, yanvarın 14-də proqramı ATƏT Daimi Şurasına ətraflı təqdim edəcəyini bildirib.

Linde qeyd edib ki, 2021-ci ilin əvvəlindəki gündəliyə Dağlıq Qarabağ ətrafındakı münaqişələrin həlli məsələsi də daxil ediləcək. (hit.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO