Rəsmi Bakı: Baydenin bəyanatı Türkiyə və Ermənistan arasındakı danışıqlara uyğun gəlmir

Rəsmi Bakı: Baydenin bəyanatı Türkiyə və Ermənistan arasındakı danışıqlara uyğun gəlmir

Hazırda oxunan: Rəsmi Bakı: Baydenin bəyanatı Türkiyə və Ermənistan arasındakı danışıqlara uyğun gəlmir

71220

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ Prezidentinin erməni anım günü ilə əlaqədar çıxışına münasibət bildirib.

XİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumatda deyilir:

“ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında növbəti dəfə 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.

Bir əsr bundan öncə baş verən hadisələrin yanlış şəkildə təqdim edilməsi və qondarma “erməni soyqırımı” məsələsinin siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdləri qəbuledilməzdir.

ABŞ Prezidentinin bu bəyanatı, həmçinin hazırda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlara uyğun gəlmir.

1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Tarixin saxtalaşdırılması cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO