“Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması ilə əlaqədar mövqeyimiz cənab Prezident tərəfindən ardıcıl şəkildə, bütün imkanlarda və fürsətlərdə açıq şəkildə ifadə olunub”.
Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, regionda yeni bir sülh gündəliyinin yaradılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların aparılması təşəbbüsü Azərbaycana məxsusdur:
MÖVZU İLƏ BAĞLI:
"Diaspor nümayəndələri qarşısında mühüm çağırışlar var" - Hikmət Hacıyev
“Beş prinsipdən ibarət olan sənəd də məhz Azərbaycan tərəfindən təqdim olunub. Prezident İlham Əliyev tərəfindən də bu gün qeyd olundu ki, Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasında əsas ana qayə dövlətlərin bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınmasıdır.
Azərbaycan təqdim olunmuş prinsiplər əsasında öz mövqeyini ifadə edib. Əgər Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və qəbul edirsə, bu əsnada biz dövlətlərarası münasibətlərdə normallaşmaya da nail ola bilərik.
Bunun üçün müxtəlif proseslər və platformalar vardır ki, Azərbaycanın da təşəbbüsü masa üzərindədir.
Biz tezliklə İşçi Qrupun yaradılması və mətn üzrə danışıqlara başlamağa hazırıq. Bu isə regionda əsaslı dərəcədə təhlükəsizlik mühitini dəyişə bilər və davamlı sülhün və sabitliyin təməlini təşkil edə bilər”.
Bizim.Media